Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın və Serbiyanın Daxili İşlər nazirlikləri arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Avqustun 11-də Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç ilə görüşü keçirilib.

Daxili İşlər Nazirliyi­nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Vilayət Eyvazov Azərbaycan ilə Serbiyanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğula­yaraq ölkələrimiz arasın­dakı münasibətlərin belə səviyyəyə çatmasında iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanan sənədlərin mühüm rolunu vurğula­yıb. General-polkovnik Vilayət Eyvazov 2010-cu il mayın 13-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublika­sının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in, eləcə də ölkələrimizin polis hazırlayan təhsil müəssisələri arasında olan Anlaşma Memoran­dumunun iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyətini diqqətə çatdırıb.

Nazir daxili işlər orqanla­rında həyata keçirilən islahat­lar barədə qonağa məlumat verib, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul olunduğunu, həmin qanunların icrasının xüsu­si əhəmiyyət kəsb etdiyini bildirib.

Bu istiqamətdə mü­hüm dəyişikliklərdən bi­rinin fəaliyyətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi olduğu­nu deyən Daxili İşlər naziri son on ildə 8 minə yaxın əməkdaşın və hərbi qulluq­çunun bir sıra beynəlxalq təşkilatların xətti ilə çox­saylı təlim və treninqlərə cəlb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının, hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qar­şı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxı­mından ən müasir informasi­ya texnologiyalarının imkan­larından da geniş istifadə olunduğu bildirilib.

Mövcud problemlərə toxunan Daxili İşlər na­ziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasi­ya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Ne­boyşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, oxşar münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduq­larını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı ma­raq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

12 2020 04:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Sentyabr 2020 | 12:29
"Xarqo" filmi çəkildi

Köhnə versiyamızdan xəbərləri izlə