Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Serbiyanın Baş Nazirinin müavini: Görüşdə ölkələrimizin ərazi bütövlüyünə dəstəyimizi ifadə etdik

Dünən keçirilən görüşdə Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın mərkəzində olan bütün məsələlər müzakirə olundu, ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik.

AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviç jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin qeyd edib ki, Serbiya bütün münaqişələrin beynəlxalq hüqu­qun prinsipləri əsasında və sülh yolu ilə həllinin tərəfdarıdır. Bu, münaqişə ilə üzləşən ölkələrin gələcəyi üçün vacibdir.

12 2020 04:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə