Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnvestisiya Holdinqi dövlət müəssisələrinin şəffaf idarəetməsinə imkan verəcək

Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür. Belə ki, məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür. Eyni zaman­da, dövlət müəssisələri vergi daxilolmaların formalaş­masında mühüm rol oynayır. Bu baxımdan respublikada Azərbaycan İnvestisiya Holdinqinin yaradılması xüsusi önəm daşıyır. Başqa sözlə, yeni təsis edilən qurum dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də şəffaflığın artırılması baxımından çox vacibdir. Bu­nunla da, korporativ metodların dövlət müəssisələrində tətbiqinə əlverişli zəmin yaranır. Belə ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə dövlət müəssisələrinin şəffaf idarəetməsində hesabatlılıq artır, ictimai nəzarət imkanları genişlənir.

Onu da xatırladım ki, Azərbaycan İn­vestisiya Holdinqi tərəfindən səmərəliliyi və şəffaflığı ölçən meyarlardan istifadə olun­ması hər bir dövlət müəssisəsinin nə qədər səmərəli işlədiyini, şəffaflığını müəyyən etmək imkanı yaradacaq. Bu, eyni zamanda, dövlət müəssisələrinin ixrac imkanlarının genişləndirilməsini də şərtləndirəcək.

Holdinqin yaradılması ixrac bazarlarının ta­pılması, rəqabətqabiliyyətli məhsulların isteh­salının genişləndirilməsi və ixracı baxımından xüsusi əhəmiyyətə malikdir. İnvestisiya Holdin­qinin təsis olunmasının önəmli cəhətlərindən biri də bu qurumun fəaliyyəti ilə dövlət müəssisələri sferasında şəffaf idarəetmənin yeni bir mərhələsi başlayır.

Bu isə bir tərəfdən büdcədən ayrılan vəsaitlərin səmərəli və qənaətlə istifadəsinə, digər tərəfdən isə özəl sektoru cəlb etməklə iqtisadiyyatda rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq.

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

12 2020 04:18 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə