Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN düşmən ordusunun təxribatları nəticəsində Tovuzun yaşayış məntəqələrinə dəyən ziyanın aradan qaldırılması işlərinə başlayıb

Cari ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Hər zaman xalqının yanında olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev bu dəfə də ölkə vətəndaşının taleyinə biganə qalmadı. Belə ki, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayo­nunu Ermənistan Respub­likası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldı­rılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imza­ladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın ara­dan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Preziden­tinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrıldı.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sərəncamdan irəli gələn aidiyyəti məsələlərin icrası məqsədilə dərhal müvafiq tədbirlərə başlanılıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, mütəxəssislərin rəyinə əsasən artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin söküntüsünə, işlərin nor­mal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başla­nılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutu­lur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı­na təşəkkürlərini bildirirlər.

“Xalq qəzeti”

12 2020 04:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə