Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Ələt qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Araşdırma zamanı ov edən şəxsin Qaradağ rayon sakini Qurban İskəndərov olduğu müəyyən edilib, ondan ov alətləri və qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 495 manat məbləğində iddia qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

9 Oktyabr 2018 16:51 - EKOLOGİYA
EKOLOGİYA
13 Dekabr 2018 | 14:14
Birgə seminar keçirilib
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin