Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC daxili vəsaiti hesabına elektron satınalma vasitəsilə Oğuz-Qəbələ-Bakı su kəmərinin quyuları və regionlarda istismar olunan modul tipli sutəmizləyici qurğular üçün lazım olan nasos aqreqatlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu;

-tenderin tələblərinə uyğun aşağı qiymət.

Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən son­ra tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid inter­net portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.

Təşkilat- “Azərsu” ASC

VÖEN- 9900001751

Bank- “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod- 200112

VÖEN- 9900003611

M/h- AZ37NABZ 0135010000000001944

S.W. İ. F. T. BIK- AİİBAZ2X

H/h- AZ65AİİB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- malgöndərənlərin (podratçıla­rın) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- malgöndərənin (podratçı­nın) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 sentyabr 2020-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 11 sentyabr 2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 14 sentyabr 2020-ci il saat 18.00-da dövlət satınalmalarının vahid inter­net portalında həyata keçiriləcəkdir.

12 2020 04:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC

Köhnə versiyamızdan xəbərləri izlə