Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 18 ayda “Azercell”in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

İstifadəçilərinin gündəlik rabitə ehtiyaclarını operativ şəkildə qarşılamağa istiqamətlənən ölkənin lider mobil operatoru “Azer­cell Telekom” öz şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün texniki tədbirləri həyata keçirir.

Şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi ola­raq ölkə ərazisində “Azercell”in təqdim etdiyi LTE xidmətində əhəmiyyətli irəliləyişlər olmuşdur. 2019-cu ilin əvvəlindən həyata keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən 2524-ə yüksəlmiş, təkcə 2020-ci ilin ilk yarısında isə daha 845 vahiddə stansiya istifadəyə verilmişdir. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9 faizdən 68 faizə, əhali əhatəsi isə 31faizdən 85 faizəə yüksəlmişdir.

Hazırda “Azercell” internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində işlər aparır. Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir. Həmçinin Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır. Layihə çərçivəsində 6 metro stansiyada işlər yekunlaşmışdır. Əlavə olaraq metro stansiyalarda LTE-daşıyıcı birləşdirmə sistemi də aktiv edilmişdir ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcəkdir.

“Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində “Azercell”in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan “Ericcson”un apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə “Azercell”in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş etdirib.

“Xalq qəzeti”

12 2020 03:58 - CƏMİYYƏT
CƏMİYYƏT
24 Sentyabr 2020 | 00:44
Samuxdan xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə