Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yens Stoltenberq: Aralıq dənizinin şərqində gərginlik müttəfiqlik ruhunda həllini tapmalıdır

NATO-nun Baş katibi Yens Stoltenberq özünün “Twitter” səhifəsində yazıb ki, Aralıq dənizinin şərqində gərgin vəziyyət beynəlxalq hüquq normaları əsasında, müttəfiqlik və tərəfdaşlıq həmrəyliyi ruhunda həll olunmalı­dır. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə hökumətinin karbihidro­gen ehtiyatları ilə zəngin ərazidə geoloji təhqiqatlara başlaması barədə qərarı rəsmi Afinanı ciddi narahat edib. Yunanıstan hökuməti Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağıraraq, Türkiyəni Meys (Kastelo­rizo) adasının cənubunda fəaliyyətini dayandırmağa çağırıb.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu barədə telefonla əvvəl Şimali Atlantika Alyansının rəhbəri, sonra isə Avropa Şurasının sədri Şarl Mişel ilə də danışaraq ölkəsinin mövqeyinin haqlı olduğunu sübut etməyə çalışıb. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin icla­sından sonra jurnalistlərin suallarına cavab verərkən bəyan edib ki, rəsmi Ankara Aralıq dənizinin şərqində nəzərdə tutulan ener­ji layihələrinin icrasında qərarlıdır.

Türkiyə Prezidenti mətbuat konfransı zamanı ölkədə koronavirus pande­miyası ilə mübarizə mövzu­suna da toxunub. Bildirib ki, Türkiyə bu bəladan ən az itkilərlə çıxan dövlətlərdən biri olacaq.

Dövlət başçısı həmçinin bildirib ki, pandemiyadan sonrakı dönəmdə Türkiyə özünün əlverişli coğrafi­ya mövqeyi, geniş logistik imkanları, insan resursları, zəngin bilik və təcrübəsi sayəsində çağdaş tarixinin yeni zəfər səhifələrini yaza­caq.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

12 2020 03:46 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Sentyabr 2020 | 00:39
Rusiyada təyyarə qəzası
24 Sentyabr 2020 | 00:39
Ekvadorda vulkan püskürüb
24 Sentyabr 2020 | 00:37
Hibrid model
24 Sentyabr 2020 | 00:37
Həbsxanadan qaçış

Köhnə versiyamızdan xəbərləri izlə