Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Livan Prezidenti hökumətin istefasını qəbul edib

Livan Prezidenti Mişel Aun ölkənin Baş naziri Həsən Diabın və onun başçılıq etdiyi hökumətin istefasını qəbul edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinə istinadən “İnterfaks.ru” məlumat yayıb.

Mətbuat xidmətinin məlumatında bildirilir: “Baş nazir Həsən Diab istefa barədə yazılı müraciətini Prezident Mişel Auna təqdim edib, dövlət başçısı, öz növbəsində, baş nazirin xahişini qəbul edərək kabinetə yeni hökumətin formalaşmasına qədər vəzifəsini icra etməyi tapşırıb”.

Məlumata görə, Prezident və baş nazir avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayışdan sonra ölkədə hadisələrin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Dövlər başçısı istefaya gedən hökumət üzvlərinə gördükləri işlərə görə təşəkkürünü bildirib. Prezident sarayını tərk edən Diab: “Livanı Allah qoru­sun!” – deyib.

Bir qədər əvvəl istefasını elan edən baş nazir özünün vida nitqində bildirib ki, “korrupsiya sistemi Livan dövlətindən güclü olduğunu sübut etdi. Bizim heç bir şəxsi ambisiyamız yox idi və həmişə çalışdıq ki, ölkəmizi xilas edək. Ancaq 30 il ərzində ölkədə hakimiyyətdə olan dairələr hökuməti nüfuzdan salmaq üçün hər şeyi etdilər və xalqı onun əleyhinə qaldırdılar”.

Diab əlavə edib ki, özünün bu addımı ilə Livanda ölkədaxili siyasi nizamlamaya yol açmaq niyyətindədir.

Xatırladaq ki, Livanda hökumət bu il yanvarın 21-də formalaşmışdı və fevralın 11-də etimad qazanaraq işə başlamışdı. Diab hökuməti öz fəaliyyətində prezident­yönlü Azad Vətənpərvərlər Hərəkatının və “Amal”-“Hizbullah” şiə tandeminin üstünlük təşkil etdiyi parlamentə arxalanıb. Həmin vaxt Qərbyönlü partiyalar kabinetə daxil olmaqdan imtina edərək müxalifətə keçiblər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

12 2020 03:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Sentyabr 2020 | 00:39
Rusiyada təyyarə qəzası
24 Sentyabr 2020 | 00:39
Ekvadorda vulkan püskürüb
24 Sentyabr 2020 | 00:37
Hibrid model
24 Sentyabr 2020 | 00:37
Həbsxanadan qaçış

Köhnə versiyamızdan xəbərləri izlə