Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya bir milyard tələbə və şagirdin təhsilinə mane olub

BMT-nin Baş katibi Antonio Quterreş iyul ayının ortalarına olan məlumata əsasən bildirib ki, koronavirus pandemiyası səbəbindən məktəb və ali təhsil müəssisələrinin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və şagirdin təhsil prosesinə mane olub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bu müddət ərzində dünya üzrə azı 40 min uşağın məktəbəqədər hazırlıqdan məhrum olduğunu vurğu­layan Baş katib, həmçinin qeyd edib ki, dərsləri onlayn, radio və televiziya vasitəsilə keçmək cəhdləri bütün təhsil alanları əhatə etməyib. Hələ pandemiyadan öncə məktəbli yaşına çatmış 250 milyondan çox uşaq təhsil almaq imka­nından məhrum olub, inkişaf etməkdə olan ölkələrdə isə uşaqların yalnız 25 faizi məktəbi bitirərək lazımi baza təhsili ala bilib.

Baş katib mövcud problemlə bağlı xəbərdarlıq edərək qeyd edib ki, dünya böyük insan potensialının istifadəsiz qalması, qeyri-bərabərliyin kəskinləşməsi və təhsildə əldə olunan irəliləyişin itirilməsi ilə nəticələnə biləcək “nəsil fəlakəti” ilə üzləşib.

Antonio Quterreş COVID-19 pandemiyası nəzarət altına alındıq­dan sonra bütün ölkələri məktəbləri açmağa çağırıb. Baş katib eyni zamanda, mövcud vəziyyətlə bağlı yaranmış problemə görə, BMT-nin “Gələcəyimizi qoruyaq” şüarı altında yeni proqramının başladığını bildirib və təşkilat bu işdə onlara kömək etməyə söz verib. BMT-nin Baş katibi məktəblərin fəaliyyətinin bərpası nəticəsində ana­ların iş yerlərinə qayıda­cağını da müsbət hal kimi səciyyələndirib, həmçinin ölkələri büdcə vəsaitlərini bölən zaman təhsil xərclərini prioritet etməyə səsləyib.

Proqramın daha bir hədəfi isə təhsil almaq imkanı məhdud olan insanların – böhran vəziyyətində yaşa­yanların, azsaylı xalqların nümayəndələrinin, əlillərin, həmçinin internetə girişi olmayan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 2020 03:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə