Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada əhalinin 60 faizə yaxını qripə qarşı vaksinləşdiriləcək

TASS-ın yaydığı məlumata görə, Rusiyada risk qruplarındakı əhalinin 60 faizə qədəri vaksinləşdiriləcək.

Mənbə qeyd edir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Pu­tin ölkə əhalisinin qripə qarşı vaksinləşdirməyin maliyyələşdirilməsini təmin etmək barədə hökumətə tapşırıq verib. Bildirilir ki, Prezident Vla­dimir Putin növbədənkənar dispanserləşdirmə və qripə qarşı vaksinləşdirmənin pulsuz aparılmasını tapşırıb. Bundan əlavə, tibbi müayinə və vaksinləşdirmə üçün məsafədən növbəyə yazıl­maq imkanı təmin edilməli, zəruri hallarda insanların vaksinləşdirmə yerinə çatdı­rılması təşkil olunmalıdır.

Bundan əvvəl Səhiyyə naziri Mixail Muraşko bəyan edib ki, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində yaradılmış vaksini ilk növbədə həkimlər və müəllimlər alacaq. Yeni vaksin oktyabr ayında bütün rusiyalılar üçün əlçatan olacaq. “Vektor” Dövlət Viru­sologiya və Biotexnologiya mərkəzində də vaksin hazır­lanır. Bu mərkəz koronaviru­sa qarşı vaksinin istehsalına noyabr ayında başlamağı planlaşdırır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

12 2020 03:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Sentyabr 2020 | 00:39
Rusiyada təyyarə qəzası
24 Sentyabr 2020 | 00:39
Ekvadorda vulkan püskürüb
24 Sentyabr 2020 | 00:37
Hibrid model
24 Sentyabr 2020 | 00:37
Həbsxanadan qaçış

Köhnə versiyamızdan xəbərləri izlə