Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaksinin araşdırmaları sürətləndirilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ko­ronovirus pandemiyası ilə bağlı ölkədəki vəziyyətdən bəhs edərkən bildirib ki, COVID-19 virusuna qarşı Türkiyə Ümumdün­ya Səhiyyə Təşkilatının siyahısında yerli peyvənd proqramını inkişaf etdirən ölkələr arasında ABŞ və Çindən sonra üçüncü sıradadır.

Koronovirus peyvəndi üzərində çalışmaların daha da sürətləndiyini ifadə edən dövlət başçısı vurğulayıb ki, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan “COVID-19” Türkiyə Platforması 8 müxtəlif peyvənd və 10 fərqli dərman layihəsi üzərində çalışır. Bu sahədə iki peyvənd nümunəsi heyvanlar üzərində uğurla təcrübədən keçiri­lib. Onlardan biri təsdiqlənərək insanlar üzərində klinik sınaq işi mərhələsinə gətirilib.

Xəbəri “Anadolu” agentliyi yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

11 2020 22:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Sentyabr 2020 | 00:39
Rusiyada təyyarə qəzası
24 Sentyabr 2020 | 00:39
Ekvadorda vulkan püskürüb
24 Sentyabr 2020 | 00:37
Hibrid model
24 Sentyabr 2020 | 00:37
Həbsxanadan qaçış

Köhnə versiyamızdan xəbərləri izlə