Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təbiətə ziyan vuran şirkət cəzalanıb

Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə “PROFCO” MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14112 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 

11 2020 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə