Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftdən nə xəbər?!

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun  “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,91 faiz artaraq bir bareli 45,48 dollar olub. Nyu-York  Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan  “WTI” markalı neftinin qiyməti  0,70 faiz artaraq bir bareli 43,20, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,95 faiz artaraq bir bareli 47,10 dollar olub.

Ekspertlər bildiriblər ki, COVID-19 virusuna görə , dünya dövlətləri arasında sərhədlər bağlanmış, iri müəssisələr,şirkətlər işlərini dayandırmışdı. İndi yavaş-yavaş sərhədlər açıldıqca, iri şirkət və müəssisələr işə düşdükcə yanacağa olan tələbat da artır. Buna görə də dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.

Qəzənfər  QASIMOV,
”Xalq qəzeti”

11 2020 16:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə