Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirliyin proaktiv xidmətlərinin sayı 90-na çatacaq

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran hədəflərdən biri Nazirliyin göstərdiyi 132 xidmətdən 90-nını tamamilə elektron şəkildə həyata keçirməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində qeyd edib ki, bu istiqamətdə ciddi işlər görülür.

Xüsusi karantin rejimi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ildən başlayaraq elektronlaşma ilə bağlı həyata keçirdiyi işlər öz müsbət nəticəsini verdi. Bu müddət ərzində vətəndaşlar evdən çıxmadan, məmur-vətəndaş təması olmadan xidmətlərdən yararlanmaq imkanı qazandı.

Bu ilin 6 ayı ərzində 53 min vətəndaşa pensiya və müavinətlər üzrə proaktiv qaydada təyinat və ödəniş aparılıb, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 325 min elektron arayış verilib. Həmçinin birdəfəlik ödəmə ilə bağlı müraciələr də elektron qaydada qəbul edilib və ödəniş aparılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2020 15:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə