Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən həsrətli bir Qəndab köçdü dünyadan...

 Azərbaycan Respublikasının Xalq artisti Qəndab Həbib qızı Quliyeva 1949 cu il avqustun 10-da Füzuli rayonunun Dilağarda kəndində doğulub.  1980-ci ildə A.Zeynallı adına Bakı Musiqi Məktəbini bitirib və 1982-ci ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

İlk muğam müəllimi Nəriman Əliyev olub.

  O, Vahid Abdullayevin muğam sinifində dərs alıb, sənətini təkmilləşdirib. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Bəy Hacıbəyli – “Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (M.Maqomayev – “Şah İsmayıl”), Şahsənəm (Z.Hacıbəyov – “Aşıq Qərib”), Gülbahar (Ş.Axundova – “Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev – “Vaqif”) rollarında çıxış edib.

Q.Quliyeva bir çox xarici ölkədə – Almaniya, Avstraliya, Kanada, Yaponiya, Fransa, Finlandiya, Əfqanıstan, Əlcəzair, Tunis, İran, İraq və qardaş Türkiyədə qastrol səfərlərində olub. O, Azərbaycan muğam sənətini inkişaf etdirmiş sənətkarlardandır. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında “Xaric Segah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları dövlət televiziyasının “Qızıl fondu”nda saxlanılır. Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası”na daxil edilib. Q.Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olub; Azərbaycan Dövlət Mədəniyyət ə İncəsənət Universitetində muğamatdan dərs deyib.

    Xalq artisti Qəndab Quliyeva uzun illər ürək və böyrək çatışmazlığından əziyyət çəkib; uzunmüddətli müalicələrə baxmayaraq, görkəmli sənətkar 26 iyun 2017-ci ildə vəfat edib. Nə qəribə təsadüfdir ki, Vətən həsrətli sənətkar Milli Ordu Günündə haqqın rəhmətinə qovuşub…

    Xalq artisti öz vəsiyyətinə görə, Binə kənd qəbrristanlığında – anasının yanında dəfn olunub.

     Xalq artistinin repertuarında muğamlar (“Şahnaz”, “Cahargah”, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, “Mahur-hindi”, “Heyratı” və s.), xalq mahnıları (“Apardı sellər Saranı”, “Qaçaq Nəbi”, “Gül açdı”, “Bağçada güllər”, “Əlində sazın qurbanı”, “Qara xal yar”) və

Azərbaycan bəstəkarlarının mahnıları geniş yer tutub.

RUHU ŞAD OLSUN!

 

Qənirə Paşayeva,

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri

11 2020 13:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
19 Sentyabr 2020 | 09:35
Milli Musiqi Günü...
18 Sentyabr 2020 | 11:09
Əbədiyaşar sənətkar

Köhnə versiyamızdan xəbərləri izlə