Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə töhfəsi

Qazax yazılı ədəbiyyatının banisi, Türk dünyasının böyük şairi, mütəfəkkiri, ictimai xadimi, tərcüməçisi, bəstəkarı Abay Kunanbayevin 175 ili tamam olur. Bununla əlaqədar, Bakıda, Abayın adını daşıyan küçədə şairin xatirə lövhəsi açılıb. Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.

Tədbirdə beynəlxalq və ictimai təşkilatların rəhbər və nümayəndələri, diplomatlar, ziyalılar iştirak etmişdir. Mərasimi Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkərimov açıb. Tədbirdə fəxri qonaq qismində iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib.

G.Əfəndiyeva koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyətə baxmayaraq, Abay Kunanbayevin 175 illik yubileyini bütün türk dünyasınıı bir araya toplayan əlamətdar bir hadisə olduğunu qeyd edib.

Fondun prezidenti dostluq, min illər əvvəl dərin kökləri və ənənələri olan xalqlarımızın tarixi şəxsiyyətlərinə verdiyi dəyərindən, müasir dünyada təməli ölkələrimizin böyük milli liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kassym-Jomart Tokayev tərəfindən uğurla davam etdirilməsi haqqında danışdı.

Fondun prezidenti qazax mütəfəkkiri, şair və maarifçi Abay Kunanbayevin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib : “ Abay Kunanbayevin şəxsiyyəti, bizə bəxş etdiyi nəhəng mirası, neçə neçə nəsillərdən keçdiyi əsərləri qazax xalqının milli şüuruna, eləcə də türk dünyası xalqlarının həmrəyliyinə böyük təsir göstərmişdir. Bu, Qazaxıstan və Azərbaycan xalqları arasındakı dostluğun təcəssümüdür".

Günay Əfəndiyeva Abay Kunanbayevin təkcə qazax xalqının deyil, həm də bütün türk dünyasının tarixində parlaq bir iz buraxdığını və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədinin türk mədəni irsinin müxtəlifliyi və zənginliyi ilə tükənməz mövzuların öyrənilməsi, qorunması, təbliği, əcdadlarımızın böyük mənəvi irsinə hörmət, dünya ictimaiyyətini türk dünyasının mədəni dəyərləri ilə tanış etməkdən ibarət olduğunu qeyd edib.

Açılış mərasimi musiqisi və sözləri Abay Kunanbayevə məxsus olan "Jelsiz tünde yarı ay" mahnısı ilə başa çatıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

11 2020 11:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
19 Sentyabr 2020 | 09:35
Milli Musiqi Günü...
18 Sentyabr 2020 | 11:09
Əbədiyaşar sənətkar

Köhnə versiyamızdan xəbərləri izlə