Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avqustun 12-dən liseylərin V siniflərinə qeydiyyat başlayır

Avqustun 12-də 2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başlayır.

İdarədən verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsi ilə həyata keçiriləcək. 

Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və şagird haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və istədiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat 20 avqust tarixində başa çatacaq.

Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. Müsabiqə BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil ediləcək. Şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Müsabiqənin 25 avqust tarixində təşkil olunması planlaşdırılır.

 

Ə.ƏLƏSGƏRLİ,
"Xalq qəzeti"

11 2020 10:57 - TƏHSİL
TƏHSİL
21 Sentyabr 2020 | 11:03
İxtisas seçimi başa çatıb

Köhnə versiyamızdan xəbərləri izlə