Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diplomatiya könüllüləri yeni videolayihəsini təqdim edib

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, o cümlədən Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri tərəfindən fəallıq nümayiş etdirilir.

Diplomatiya Könüllüləri sosial şəbəkələrdə Ermənistanın yalanlarını ifşa edən paylaşımlarla çıxış edirlər. Belə ki, gənc könüllülərin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi insanlıq əleyhinə cinayətləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır ki, hərbi işğal altında saxlaması faktı ilə bağlı sosial şəbəkələrdə paylaşdıqları poster və videolar yerli və xarici auditoriyanın diqqətini cəlb edib.

Diplomatiya Könüllülərinin növbəti layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarına dəstək olaraq "Mən Qarabağam, Qarabağ Azərbaycandır!" videosu ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin dilindən dünya ictimaiyyətinə müraciəti əks etdirir. İngilis, alman, koreya, çin, fransız, ispan dillərində hazırlanan müraciətin digər dillərə də tərcümə edilməsi nəzərdə tutulur.

 

 

11 2020 10:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə