Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Sabah" "Qəbələ"ni də məğlub etdi

2020/2021 mövsümünə hazırlaşan "Sabah" və "Qəbələ" komandaları yoxlama oyunu keçiriblər.

"Report"un məlumatına görə, "Əlincə Arena"da oynanılan matçda meydan sahibləri rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Masazır təmsilçisinin heyətində Abbas Ağazadə və Məhəmməd Mirzəbəyov fərqləniblər.

Qeyd edək ki, "Sabah" bunadək keçirdiyi 3 yoxlama matçında "Qarabağ"ı 2:1, "Sumqayıt"ı 1:0 və "Neftçi"ni 5:2 hesabı ilə məğlub edib. "Qəbələ" isə "Zirə" ilə qolsuz bərabərə qalıb, "Sumqayıt"a qalib gəlib - 2:1.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

 

11 2020 10:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə