Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Futbol Assosiasiyasının prezidenti koronavirusa yoluxdu

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelkonun koronavirus testi müsbət çıxıb.

"Report"un məlumatına görə, bu barədə 45 yaşlı funksioner özünün "Facebook" səhifəsində paylaşım edib. O, son bir neçə gündə görüşdüyü insanların müəyyən edildiyini və onlardan analiz götürüldüyünü bildirib. Səhhəti ilə bağlı da danışan Pavelko özünü yaxşı hiss etdiyini və karantin şəraitində işinə davam edəcəyini yazıb.

Qeyd edək ki, Andrey Pavelko 2015-ci ildən UAF prezidenti, 2019-cu ildən UEFA İcraiyyə Komitəsinin üzvüdür. 

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

 

11 2020 10:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Sentyabr 2020 | 12:29
"Xarqo" filmi çəkildi

Köhnə versiyamızdan xəbərləri izlə