Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Livanda siyasi böhran dərinləşir

Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədə ictimai-siyasi gərginlik kəskin artmışdır. Dünən Livan hökumətinin yarıtmaz fəaliyyətinə etiraz edən bir qrup nümayişçi Əmək Nazirliyi­nin binasına daxil olub. Bu barədə “Al-Hadat” telekanalı məlumat yayıb.

Xəbərdə deyilir ki, “Dövlət bizik” şüarını səsləndirən nümayişçilər daha sonra Məcburi Köçkünlər Nazirliyinin binasına da daxil olaraq, burada bir sıra dağıntılar törədiblər.

Livan Silahlı Qüvvələrinin rəhbərliyi “Al-Arabiya” tele­kanalı vasitəsilə etirazçılara radikal addımlar atmamaları ilə bağlı xəbərdarlıq edib. Müraciətdə bildirilib ki, qanun pozuntusuna yol verən şəxslər müvafiq qaydada ciddi cəzalandırılacaq.

Livanda siyasi böhran günbəgün dərinləşir. Dünən Ətraf Mühit və İnzibati İnkişaf naziri Damianos Kattar postunu tərk edib. Qeyd edək ki, D.Kattar son günlər öz postunu tərk edən ikinci nazirdir. İki gün əvvəl Livanın İnformasiya naziri Manal Əbdül Səməd də istefaya getdiyini bəyan etmiş­di. O, öz qərarını Beyrut limanında baş verən partlayışla əlaqələndirmişdi.

Onların ardınca ölkənin İqtisadiyyat və Ətraf Mühit nazirləri də istefa vermək niyyətində olduqlarını elan ediblər. Bundan sonra Livanın hökumət başçısı Həsən Diab yaranan vəziyyətin müzakirəsi üçün kabinetin təcili iclasını çağırıb.

M.HACIXANLI, “Xalq qəzeti”

11 Avqust 2020 04:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2020 | 00:48
İlk elastik ekranlı kompüter
1 Oktyabr 2020 | 00:47
9,4 milyon dollar təzminat
1 Oktyabr 2020 | 00:10
Yeni raket hazırlanır
1 Oktyabr 2020 | 00:09
Generalın bəyanatı

Köhnə versiyamızdan xəbərləri izlə