Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir Putin Aleksandr Lukaşenkonu təbrik edib

Rusiya lideri Vladimir Putin Aleksandr Luka­şenkoya təbrik teleqramı göndərərək onu Belarus Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bu barədə Kremlin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Teleqramda deyilir: “Ümid edirəm ki, sizin dövlətçilik fəaliyyətiniz qarşılıqlı faydalı Rusiya– Belarus əməkdaşlığının gələcəkdə bütün sahələrdə inkişafına, ittifaq dövləti çərçivəsində münasibətlərin dərinləşməsinə, Avrasiya İqtisadi İttifaqı və MDB xətti ilə inteqrasiya proseslərinin, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hərbi-siyasi əlaqələrin genişlənməsinə kömək edəcək”.

Rusiya Prezidenti əmin ol­duğunu bildirib ki, Aleksandr Lukaşenkonun qələbəsi “qardaş Rusiya və Belarus xalqlarının köklü maraqlarına tam cavab verir”.

Xatırladaq ki, avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçirilib. Belarus Mərkəzi Seçki Ko­missiyasının elan etdiyi ilkin nəticələrə görə, ölkənin ha­zırkı dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,23 faizini qazanıb. Prezidentliyə namizəd Svetlana Tixanovs­kayaya isə seçicilərin 9,9 faizi səs verib.

Digər namizədlər haqqın­da danışan MSK sədri Lidiya Yermoşina deyib ki, qalan üç namizəd 2 faizdən az səs toplayıb. Onun sözlərinə görə, Andrey Dmitriyev 1,04, Anna Kanopatskaya 1,68, Sergey Çereçen isə 1,12 faiz səs qazana bilib.

Səsvermədə belaruslu seçicilərin 84,05 faizi iştirak edib. Seçkinin son nəticələri haqqında həftənin axırına qədər məlumat veriləcək.

Məlumata görə, səsvermə başa çatdıqdan sonra Belaru­sun bəzi şəhərlərində etiraz aksiyaları keçirilib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

11 Avqust 2020 04:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2020 | 00:48
İlk elastik ekranlı kompüter
1 Oktyabr 2020 | 00:47
9,4 milyon dollar təzminat
1 Oktyabr 2020 | 00:10
Yeni raket hazırlanır
1 Oktyabr 2020 | 00:09
Generalın bəyanatı

Köhnə versiyamızdan xəbərləri izlə