Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Avqustun 11-də

Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 21-24, gün­düz 29-33, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcəyə çatacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-21, gündüz 30-35 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xo­calı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15 , gündüz 19-24 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayon­larında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göy­çay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayon­larında yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı,arabir yağış yağacağı gözlənilir. Ay­rı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-23, gündüz 28-33, dağlarda gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq.

 

11 Avqust 2020 04:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə