Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İstehsalat Xidməti Mərkəzi Bazası DNQ-4” ASC (bundan sonra-cəmiyyət) səhmdarlarının nəzərinə!

Ləğvetmə komissiyası nəzərinizə çatdırır ki, 11 sentyabr 2020-ci il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu N.Nərimanov küçəsi 51/53 nömrəli ünvanda səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində möv­cud olan koronavirus (COVID-19) pandemiyası dövrü ilə əlaqədar xüsusi karantin rejimi Azərbaycan Respublikası Nazirlər Kabine­tinin qərarına əsasən, 2020-ci il avqustun 31-dək uzadılmış və bu səbəbdən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclasının açıq səsvermə qaydasında keçirilməsi mümkün deyil. Bu baxım­dan, nəzərdə tutulan səhmdarların iclasının keçirilməsi müvafiq bülleten qaydasında aparılacaqdır.

Hər bir səhmdara gündəlikdə duran məsələlər və həmin məsələlərə dair aidiyyəti sənədlərin icmalı və səs vermək üçün bülleten forması rəsmi qaydada ünvana göndəriləcəkdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3-2-ci maddəsini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanızı qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərtilə bildirişə əlavə olunan bülleten formasını dolduraraq zərflə Bakı şəhəri, Sal­yan şosesi 10 nömrəli ünvana 2020-ci il sentyabrın 8-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Əks halda, səs verilmə məsələlərinə dair bitərəf olmağınız kimi qəbul oluna­caqdır.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı, ümumi yığıncağın keçirildiyi gün iclasın katibi tərəfindən həyata keçiriləcəkdir.

“IXMB DNQ-4”ASC-nin Ləğvetmə komissiyası

11 2020 04:15 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC

Köhnə versiyamızdan xəbərləri izlə