Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil (kadrların yenidənhazırlanma təhsili) almaq üçün tələbə qəbulu elan edir

1. Riyaziyyat müəllimliyi

2. Coğrafiya müəllimliyi

3. Kimya müəllimliyi

4. Biologiya müəllimliyi

5. Fizika müəllimliyi

6. İnformatika müəllimliyi

7. Tarix müəllimliyi

8. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

9. Rus dili və ədəbiyyatı müəllimliyi

Kadrların yenidənhazırlanma təhsili əyani təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs ara­sında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Kadrların yenidənhazırlanma təhsili almaq istəyən şəxslər aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- rektorun adına ərizə;

- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- şəxsiyyət vəsiqəsinin surəti.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Sənədlər 2020-ci il avqust ayının 11-dən 31-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək əsas binada (249 nömrəli otaqda) qəbul edilir.

Kadrların yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğur­la keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

Ünvan- Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33, AZ-1148.

Telefon- (012) 539-06-86.

Elektron poçt: [email protected]

11 2020 04:13 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC

Köhnə versiyamızdan xəbərləri izlə