Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

1. Kompüter elmləri

2. Ekologiya

3. Geologiya

4. Coğrafiya

5. Tarix

6. Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

7. Psixologiya

8. Hüquqşünaslıq

9. Beynəlxalq münasibətlər

10. İqtisadiyyat

11. Kitabxanaçılıq və informa­siya

Əlavə təhsil (təkrar ali təhsil) yalnız ödənişli əsaslarla, qi­yabi təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata ke­çirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramların­dakı ümumi və ixtisas fənləri bölmələrinin əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- rektorun adına ərizə;

- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- şəxsiyyət vəsiqəsinin surəti.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasla­rın Azərbaycan Respublikası ərazisində tanınması və ekvi­valentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Sənədlər 2020-ci il avqust ayı­nın 11-dən 31-dək (şənbə, bazar və bayram günləri istisna olmaq­la) saat 10.00-dan 17.00-dək əsas binada (249 nömrəli otaqda) qəbul edilir.

Əlavə təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsabiqə təşkil edi­lir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Tədris Azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixti­saslara uyğun olaraq ödənilir.

Ünvan- Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33, AZ-1148.

Telefon- (012) 539-06-86.

Elektron poçt: [email protected]

11 2020 04:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC

Köhnə versiyamızdan xəbərləri izlə