Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“COVID-19 xəstələrinə düzgün diaqnoz qoyulmasında və onların sağalmasında bizim də payımız var”

Mərkəzi Gömrük Hospitalının 7/24 rejimində işləyən Tibbi laboratoriyası öz müasirliyi və qabaqcıl texnologiyaları ilə seçilir. Hazırda bu laboratoriya yeni növ COVID-19 pandemiyası ilə mübarizəyə qoşularaq, gərgin iş rejimində çalışır. Laboratoriya tədqiqatları müasir diaqnostikanın mühüm hissəsidir. Bu, inkaredilməz bir faktdır ki, tibbdə qərarların demək olar ki, 80 faizi xəstəliklərin aşkarlanmasından başlayaraq, müalicə metodlarının seçilməsinə qədər laboratoriya tədqiqatları əsasında qəbul edilir.

Mərkəzi Gömrük Hospi­talının Tibbi laboratoriyası ən müasir, tam avtomatlaşdı­rılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri re­surslara malikdir. Laboratoriya­nın işinin müsbət tərəflərindən biri alınan analizlərin yüksək keyfiyyəti və sürətidir. Bunu 2019-cu ildə laboratoriyanın aldığı ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatı da təsdiq edir.

Hospitala daxil olan bütün koronavirus xəstələrinin ilkin və bütün sonrakı analizləri bu şöbədə aparılır. Laboratoriya­nın yüksək ixtisaslı həkimləri xəstələrin düzgün analizlərini aparmaqla, onlara dəqiq diaq­nozun qoyulmasına və uyğun müalicə təyin olunmasına zəmanət verirlər.

Laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyeva da təcrübəli işçiləri ilə birlikdə koronaviruslu xəstələrin labora­tor müayinələri ilə məşğuldur. Sevinc xanımın rəhbərliyi altın­da çalışan peşəkar komanda – həkim-laborantlar: Səbinə İbra­himova, Naibə Əliyeva, Nərmin Mehdiyeva, Ülkər Məmmədova, həkim-immunoloq Təranə Qonaqova, həkim-hematoloq Gülnar Xəlilova, həkim-biokimyaçı Reyhan Əliyeva, böyük tibb bacısı Şəfəq Tanrı­verdiyeva, tibb bacıları Nilufər Nəbizadə, Kəmalə Hümmətova, Günay Səlimova, Ülviyyə Məmmədova, Xırdaxanım Abbasova, kiçik tibb işçiləri Elnarə Abdullayeva və Mükafat Əsgərova hospitala daxil olan və müalicə alan hər bir xəstənin analizlərinin götürülməsində və nəticələrinin araşdırılmasında yaxından iştirak edir, koronavi­ruslu xəstələrin ilkin diaqnosti­kasında və sonrakı müalicəsinin müxtəlif dövrlərində diaqnostik müayinələr aparırlar.

Sevinc Gülmalıyeva deyir: “Pandemiya dövründə laboratoriyamız gərgin işləyərək, xəstələrin sağalma­sına öz töhvəsini verir. Hər bir koronavirus xəstəsinin analizlərinin nəticələri onlara müalicə təyin edilərkən əsas götürülür. Biz hazırda labora­toriyamızda ən müasir metod­lardan istifadə edirik. Xəstələr analizlərin cavablarını bir neçə dəqiqə müddətində əldə edə bilirlər. Bu da müalicəyə vaxtında başlamağa imkan verir. Sevinirik ki, laboratoriyamızın intensiv fəaliyyəti sayəsində COVID-19 xəstələrinə düzgün diaqnozun qoyulmasında və onların sağalmasında bizim də payımız var.

Bu günlər biz gərgin işləsək də, inanırıq ki, ölkəmiz tezliklə COVID-19 pandemiyasından qurtulacaq. Arzumuz budur ki, tez bir zamanda bütün xəstələr bu ağır xəstəlikdən sağalıb, normal həyatlarına qayıtsınlar”.

“Xalq qəzeti”

11 Avqust 2020 04:06 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Sentyabr 2020 | 09:20
Koordinatorlar üçün seminar

Köhnə versiyamızdan xəbərləri izlə