Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bizim üçün əsas məsələ insanların sağlamlığıdır”

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 2020-ci il avqustun 10-dan etibarən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verilib. Bu, indiyədək bağlı qalan ticarət obyektlərinin sahibləri və işçiləri üçün sevindirici xəbər oldu. Hesab edirik ki, bundan sonra pandemiyadan qorunmağın vacib qaydalarına düzgün əməl etməklə – maska taxmaqla, ara məsafəsi saxlamaqla və gigiyena qaydalarını gözləməklə iş yerlərimizdə fəaliyyətimizi davam etdirə biləcəyik.

Təbii ki, ölkəmizdə koro­navirusa qarşı ciddi mübarizə tədbirləri görülür. Cənab Prezident İlham Əliyev də həmişə çıxışlarında qeyd edir ki, ölkəmizdə insanların sağlam­lığının qorunması üçün bütün lazımi tədbirlər görülür və gələcəkdə də görüləcək. Dövlət başçısı avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə zamanı dedi: “Mən bir daha qeyd etmək istəyirəm, – bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, – bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.

Elə dövlət başçısının bu cür yanaşmasının nəticəsidir ki, Azərbaycanda koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan indiyədək bu müsbət dinamika davam edir. Görülmüş tədbirlər nəticəsində dövlət vəziyyəti nəzarət altında saxlaya bilir. Yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Artıq üç həftədir ki, bu müsbət dinamikanın şahi­diyik.

Biz, ticarət işçiləri buna ikiqat sevinirik: həm sağa­lanların sayının yoluxanları üstələməsinə, həm də ticarət obyektlərimizin açılmasına görə. Onu da qeyd edim ki, bu gün müştərilərimiz də qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin açıl­masına sevinirlər və çoxdan gəlmədikləri mağazalarımıza daha böyük həvəslə üz tutur, alış-veriş edirlər. Biz də çalışırıq ki, bundan sonra yoluxma sa­yının azalması prosesi dönməz olsun.

Ələkbər MƏSİMOV, sahibkar

11 Avqust 2020 04:05 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Sentyabr 2020 | 09:20
Koordinatorlar üçün seminar

Köhnə versiyamızdan xəbərləri izlə