Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il Zaqataladan ABŞ şirkətlərinə 950 kiloqram lavanda yağı ixrac olunub

Bu ilin birinci yarısında Zaqatala rayonunda fəaliyyət göstərən “AzRose” MMC-nin plantasiyalarından 438 ton 290 kiloqram qızılgül, 66 ton 955 kiloqram lavanda və 5 ton 900 kiloqram nanə ləçəyi tədarük olunub. Həmin müddətdə müəssisədə 121 litr qızılgül yağı, 1 ton lavanda yağı, 31 kiloqram nanə yağı, eyni zamanda, 15 ton qızılgül suyu, 8 ton lavanda suyu və 4 ton nanə suyu istehsal edilib. İlin əvvəlindən müəssisə tərəfindən ABŞ şirkətlərinə 950 kiloqram lavanda yağı ixrac olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnoz­laşdırılması şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda “AzRose” MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 151 hektar “Dəməşq qızılgülü”, 36 hektar lavanda gülü və 0,3 hektar nanə plantasiyaları var.

11 Avqust 2020 04:03 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Sentyabr 2020 | 00:58
Neft hasilatı 10 faiz azala bilər
26 Sentyabr 2020 | 04:28
Neftin qiyməti artmağa başlayıb

Köhnə versiyamızdan xəbərləri izlə