Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyinin rəhbərliyi məhkumların azadlığa buraxılmasına birbaşa baxılması işində şəffaflığın təmin olunmasına diqqətlə yanaşır

Fəaliyyətində hər zaman şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verən Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də nazirliyin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə edilir. COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alın­ması üçün xüsusi karantin rejiminin tətbiq olunduğu bir şəraitdə bu kimi tədbirlər xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətimizin başçısının tapşı­rıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Fa­cebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

Ədliyyə sistemində icti­mai nəzarətin və şəffaflığın təmin edilməsi məqsədilə hələ 2006-cı il sentyabrın 22-dən Ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə formalaşdırılmış qeyri-hökumət təşkilatları və nüfuzlu hü­quq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət Ədliyyə naziri yanında İcti­mai Komitə səmərəli fəaliyyət göstərir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi, avqustun 10-da “Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq” mövzusunda on­layn qaydada ictimai müzakirə təşkil olunub.

İctimai müzakirədə iş­tirak edən Ədliyyə naziri yanında İctimai Komitənin əlaqələndiricisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı və İctimai Komitənin üzvü, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli nazirlikdə bu istiqamətdə işin təşkili barədə məlumat veriblər.

Görüşdə bildirilib ki, uğurlu inkişafın təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev hər zaman həyata keçirilən tədbirlərdə, dövlət idarəetməsində ictimaiyyəti daha fəal olmağı çağırır. Ədliyyə naziri yanında uzun illərdir fəaliyyət göstərən İctimai Komitənin fəaliyyəti ictimai iştirakçılıq baxımın­dan mühüm əhəmiyyət kəsb edir. 2006-cı ildə formalaşdı­rılan İctimai Komitə sonralar yaradılan digər belə komitələr üçün nümunə olub. Ondan sonra ictimai iştirakçılıqla bağlı qanun qəbul edilib. Zaman keçdikcə Ədliyyə Nazirliyi­nin rəhbərliyinin təşəbbüsü ilə qanunvericiliyin yaratdığı müstəvidə İctimai Komitənin fəaliyyəti genişlənib. Komitə üzvləri ədliyyə sisteminə daxil olan bütün məsələlərə münasibət bildirə, həm də həyata keçirilən tədbirlərdə yaxından iştirak edə bilirlər. Bu komitə hazırda Azərbaycanda tanınmış ictimai komitələrdən biridir, digər qu­rumlar da bu təcrübədən istifadə edirlər.

Diqqətə çatdırılıb ki, Prezi­dent İlham Əliyevin vətəndaş cəmiyyəti nümayəndələrinə, KİV-lərə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı son müraciətləri günün tələbidir. Bu, Ədliyyə naziri yanında İctimai Komitənin və vətəndaş cəmiyyəti nümayəndələrinin işinə də təkan verib. İctimai nəzarət dövlət strukturlarının işində, cəmiyyətin inkişafında vacib istiqamətdir.

Qeyd edilib ki, Ədliyyə Nazirliyində də ictimai işti­rakçılığın və şəffaflığın təmin olunması məsələsi uğurla təşkil edilib. Ədliyyə Nazirliyində hüquq, ictimai iştirakçılıq və digər sahələr nümunəvidir. İctimai iştirakçılığın tətbiqi son dövrlərdə geniş vüsət alıb. Bunu Ədliyyə Nazirliyinin strukturla­rına müraciət edən vətəndaşlar və cəzaçəkmə müəssisələrindəki məhkumlar hiss edir. Komitə üzvləri nazirliyin strukturlarına müraciət etmədən vətəndaşlarla birbaşa ünsiyyətdə ola bilirlər. Onların problemlərini nazirliyin müxtəlif strukturları qarşısında qaldırır və həllinə nail olurlar. Bu nazirliyin rəhbərliyinin xoşməramlılığından irəli gəlir. Nazirlik bu sahədə uğur qazanan İctimai Komitənin gördükləri işləri dəstəkləyirlər.

Diqqətə çatdırı­lıb ki, Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirli­yin, o cümlədən Penitensiar Xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən, hüquq müdafiəçilərindən ibarət və məhkumları vaxtından əvvəl azad etmə ilə bağlı yaradılmış xüsusi komissiyanın fəaliyyəti son zamanlar, xüsusilə də pandemiya dövründə daha aktiv olub. Komissiya məhkumların və onların ailələri üçün önəmli xarakter daşımağa başlayıb. Son zamanlar komissiyaya müraciətlərin sayı artıb. Bu ko­missiya məhkumların vaxtından əvvəl şərti azad olunmasında mühüm rol oynayır. Bu institu­tun geniş tətbiqi məhkumların daha tez islah olunmasına yönəldilib. Bu, həm cəzaçəkmə müəssisələrin idarə edilməsində, həm də demokratik ənənələrin inkişafında özünü göstərir.

Bildirilib ki, bu gün Penitensiar Xidmət sahəsində görülən işlər cəmiyyət üçün tam şəffafdır. Komissiyanın üzvləri tərəfindən mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların saxlanma vəziyyəti ilə bağlı monitorinqlər aparılır, məhkumların işləri öyrənilərək, onların islah prosesinə qədəm qoyması araşdırılır. Son zamanlar komissiyaya müraciət edən məhkumların sayı artıb. Ko­missiyanın uğurlarından biri məhkumların azadlığa çıxması işinə birbaşa baxılmasıdır. Cəmiyyətdə bu proseslərə daha müsbət münasibət yaranıb. Bu da Ədliyyə Nazirliyinin fəaliyyətində şəffaflığın daha bir bariz göstəricisidir. İctimai Komitənin üzvlərinə birbaşa müraciət edən vətəndaşların sayında da artım olub. Ümumiyyətlə, Ədliyyə Nazirli­yinin rəhbərliyi bu məsələlərdə şəffaflığın təmin olunmasına diqqətlə yanaşır. Bu istiqamətdə işin ən yüksək səviyyədə təşkilini daim ciddi nəzarətdə saxlayan Ədliyyə Nazirli­yinin rəhbərliyi tərəfindən maarifləndirmə işinə böyük önəm verilir.

“Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq” mövzusunda onlayn ictimai müzakirədə, həmçinin sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.

AZƏRTAC

11 2020 03:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə