Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:134) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 134
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli 144-VIQD nömrəli Qanununun tətbiqi və “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli 144-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanu­nun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 25; 2002, № 5, maddə 262, № 8, maddə 478; 2011, № 4, maddə 278; 2018, № 7 (I kitab), maddə 1469; Azərbaycan Respub­likası Prezidentinin 2020-ci il 18 iyun tarixli 1070 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə “dördüncü hissəsində” sözlərindən sonra “və 12-ci maddəsinin dör­düncü hissəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

1.2. 2.2-ci bəndə “ikinci hissəsində” sözlərindən sonra “və dördüncü hissəsinin birinci cümləsində (ikinci halda)” sözləri əlavə edilsin;

1.3. 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşa­ğıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

“2.6. həmin Qanunun 12-ci maddəsinin dördüncü hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının işçiləri” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçiləri nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq, cərimə və islah işləri növlərində cəzaların, habelə hüqu­qi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.2. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2020-ci il 29 iyun tarixli 144-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2020-ci il

11 Avqust 2020 03:49 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə