Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla mübarizədə “Azərbaycan dünyanı birləşdirdi”

Avqustun 6-da Azərbaycan Prezident İlham Əliyevin  videoformatda  keçirdiyi müşavirədə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər  və sosial-iqtisadi  vəziyyətlə bağlı  ətralı məlumat verildi. Bir daha  məlum oldu ki, Azərbaycanın bu təhlükəli  virusa qarşı apardığı mübarizə dünyaya nümunədir. Bunu həm beynəlxalq ekspertlərin rəyləri, həm də Ümundünya Səhiyyə Təşkilatı rəhbərliyinin görülən işlərə verdiyi qiymət sübut edir. Faktlar da təsdiqləyir ki, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə dünyada nümunəvi Azərbaycan modeli kimi qəbul edilib. Digər ölkələrdə xəstəliyə yoluxanların və ölüm hallarının sayı artdığı bir halda, ölkəmizdə sağalanların sayı yoluxanların sayından qat-qat çoxdur. Bu, dövlət başçısının həyata keçirdiyi düşünülmüş qabaqlayıcı tədbirlərin göstəricisidir.

Prezident İlham Əliyev videoformatda keçirdiyi müşavirədə də koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, artıq yulun 16-dan bu günə qədər müşahidə olunan  müsbət dinamika bir daha təsdiqləyir ki,  görülmüş bütün tədbirlər  öz bəhrəsini verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Ölkə başçısı qeyd etdi ki,  iyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Artıq üç həftədir ki, bu müsbət dinamika, ölkə vətəndaşlarını sevindirir və virusdan az itki ilə çıxacağımıza əminlik yaradır. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra  dövlət başçısının göstərişi ilə bütün lazımi qabaqlayıcı tədbirlərin görülməsi, xüsusilə, yeni xəstəxanaların tikilməsi və əsaslı surətdə yenidən bərpası, müasir laboratoriyaların quraşdırılması  vəziyyətdən az itkilərlə çıxacağımıza  inam yaratdı. Bu gün artıq hər birimiz,  elə cə də dünya ictimaiyyəti  bunun şahididir.

 

Dövlət başçısının pandemiyaya qarşı mübarizə tədbirləri həm də  beynəlxalq ictimaiyyətin xilasına da hesablanıb. Dövlətimizin Ümumdünya Səhiyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etməsi, həmçinin 30- dan çox dövlətə humanitar yardım göstərməsi  virusa qarşı qlobal həmrəylik nümunəsi idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19-la mübarizəyə həsr olunmuş Türk Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşlərindəki nitqində dövlətimizin başçısı  haqlı olaraq vurğulamışdır ki, pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların  bu təhlukəli virus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü bir zamanda möhtərəm Prezidentimiz İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Zirvə görüşündəki nitqində də bir daha vurğuladı ki, sədrliyi öz üzərimizə götürərkən, mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Bir-birinə əks qütblərdə dayanan dövlətlərin, beynəlxalq təşkilatların koronavirus infeksiyasına qarşı mübarızədə bir araya gəlməsi “Azərbaycan dünyanı birləşdirir” tezisini bir daha təsdiqlədi.

Qoşulmama Hərəkatının Zirvə ğörüşündə möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik. Bu təşəbbüs qısa müddət ərzində dünyanın 30-dan çox ölkəsi tərəfindən dəstəkləndi. Yalnız Ermnistan dövlət başçımızın bu təşəbbüsünü dəstəkləmədi və beynəlxalq almdə tək qaldı. Ermənipərəst qüvvəlrin və “sapı özümüzdən olan balta”ların da xəbis niyyətləri ürəklərində qaldı. Çünki dövlət başçımızn bu təşəbbüsü  də reallaşdı və BMT Baş Assambleyasının xüsisi sessiyası öz işinə başladı.

Bir faktı da qeyd etmək yerin düşərdi. Pandemiyaya qarşı mübarizdə ölkə Prezidentinin  “Biz birlikdə güclüyük!” həmrəylik çağırışı böyük əks- səda yaratdı. Bir tərəfdən qorxulu xəstəliyə qarşı mübarizə, digər tərəfdən xarici himayədarlarının  havadarlığı ilə mütəmadi olaraq atəşkəs rejimini pozan və sərhədboyu ərazilərdə təxribatlar törədən  düşmənə qarşı mübarizədə həmrəylik  nümayiş etdirmək zəruri idi. Belə bir məqamda respublikada fəaliyyət göstərən 43 siyasi partiyanın dövlət başçının ətrafında sıx birləşməsi barədə bəyanatı milli  həmrəyliyin bariz nümunəsi oldu. Yeri gəlmişkən, rəhbərlik etdiyim  Azərbaycan Azad Respublikaçılar Partiyası da həmin siyasi partiyalar sırasındadır.  Bu,  Azərbaycanın siyasi həyatında ilk hadisə idi. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etdirmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə oldu.

Fəaliyyətdə olan siyasi partiyaların tam əksəriyyətinin belə bir bəyanat qəbul etməsi ölkəmizdə mövcud olan milli birliyi, xalq -iqtidar birliyini daha da möhkəmləndirərək həm daxildə, həm də xaricdə mövcud olan antimilli qüvvələrə vurulan  güclü zərbədir.  Bəşəriyyətin başı üzərini almış koronavirusla mübarizədə  ölkəmiz layiqli töhfələrini verir. Bu mübarizədə “Azərbaycan dünyanı birləşdirdi”.

 

Kamil SEYİDOV,
Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

10 2020 16:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə