Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ"ın potensial rəqiblərinin sayı 7-yə endi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Makedoniyanın "Sileks" komandasını keçəcəyi təqdirdə, 7 komandadan biri ilə üz-üzə gələcək. Bunlar Danimarkanın "Midtüllann" klubu, eləcə də "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) və "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütlərinin qaliblərindən biri olacaq. 

"Qarabağ" səpələnmişlər səbətində yer alacağından, daha aşağı reytinqlilərdən ibarət səpələnmişlər səbətindəki komandaya rəqib olacaq. 

Qeyd edək ki, avqustun 10-da keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
    

Salman MUSAOĞLU

“Xalq qəzeti”

 

10 2020 15:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Sentyabr 2020 | 12:29
"Xarqo" filmi çəkildi

Köhnə versiyamızdan xəbərləri izlə