Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sentyabr ayında 238 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub

Sentyabr ayında 238 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin məşğulluq mərkəzləri tərəfindən sentyabr ayında 238 işaxtaran və işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə cəlb olunub. Onlardan 44-ünün əmək haqqı xərcləri məşğulluq mərkəzləri tərəfindən maliyyələşdirilib, 194-ünün əmək haqqı xərcləri müəssisə tərəfindən ödənilib.

Haqqı ödənilən ictimai işlərə Naxçıvan MR üzrə 50, Gəncə şəhəri Nizami rayonu üzrə 15, Ağstafa rayonu üzrə 3, Daşkəsən rayonu üzrə 10, Qazax rayonu üzrə 16, Qax rayonu üzrə 10, Qəbələ rayonu üzrə 4, Ağcabədi rayonu üzrə 12, Beyləqan rayonu üzrə 22, Hacıqabul rayonu üzrə 20, Tərtər rayonu üzrə 20, Xocavənd rayonu üzrə 12 , Şamaxı rayonu üzrə 44 nəfər cəlb olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilən, həm də ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Oktyabr 2018 15:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin