Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fiziki cəhətdən məhdud insanlara tibbi yardım göstərilir

  Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 5 Nömrəli Şəhər Klinik Xəstəxanası fiziki cəhətdən məhdud insanlara tibbi yardım göstərməyi davam etdirir.

    İnstitutdan bildiriblər ki, əməkdaşlarımız  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzində olan pasiyentləri müayinə etmişdir.

     Aksiyaya kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, kimi müxtəlif ixtisaslar üzrə həkimlər cəlb olunmuşdur. İnsanlar onlara göstərilən doğma münasibətə görə əməkdaşlarımıza öz minnətdarlıqlarını bildirmişlər.

    Kardiologiya institutunun kollektivi  “Servier Azərbaycan MMC” şirkətinə bu tipli aksiyalarda davamlı dəstəyi üçün xüsusi minnətdarlıq edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

10 2020 14:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə