Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva son 1 həftədə 250-dən çox vətəndaşla online qaydada danışıb

      Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 250-dən çox vətəndaşla online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.  Bu barədə onun köməkçisi açıqlama verib.

    Eyni zamanda deputat Qənirə Paşayevanın köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib. Q.Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların müraciətləri ilə bağlı isə deputat Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

    Müzakirələr zamanı Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. O,i eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVID-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları COVID --19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2020 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə