• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Görmə günü ilə əlaqədar Şəkidə aksiya keçiriləcək

Ümumdünya Görmə günü ilə əlaqədar Şəkidə aksiya keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi  tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütamadi olaraq paytaxtda və  respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Oktyabrın 11--12-də mərkəzin Dəmiryolu Səyyar Klinikası 11 oktyabr Ümumdünya Görmə günü ilə əlaqədar növbəti aksiyasını Şəki şəhərində keçirəcək.

Aksiya zamanı mərkəzin Dəmiryolu Səyyar Klinikası Şəki şəhərində  pasientlərə tibbi xidmət göstərəcək. 2 gün davam edəcək tədbirdə məqsəd operativ şəkildə Şəki sakinlərini müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir. Lazım gəlsə, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Növbəti aksiyasını davam etdirən Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan--Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə  yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  Səyyar Qatarın uzunluğu  25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası  vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə-- avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Oktyabr 2018 15:06 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Oktyabr 2018 | 11:47
Tibbə dair əlyazmalar kataloqu

Ən son xəbərləri səhifəmizdən də izləyin