Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri xanım Həlimə Yaquba

Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adım­dan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan–Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 avqust 2020-ci il

9 Avqust 2020 13:56 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə