Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Maskadan İstifadə Həftəsi keçirilir

Avqustun 7-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və 40-dan artıq tərəfdaşın təşəbbüsü ilə Ümumdünya Maskadan İstifadə Həftəsinə start verilib.

ÜST-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 14-dək keçiriləcək həftənin məqsədi dünyada daha çox insanı maskadan istifadə etməyə təşviq etməklə, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaqdır.

Dünyada virusa yoluxma hallarının sayındakı artımı nəzərə alaraq, cəmiyyətdə maskadan davamlı istifadə COVID-19-un yayılmasının qarşısını almaq üçün vacibdir. Koronavirusa qarşı peyvənd və digər müalicə vasitələri hazır olanadək fiziki məsafə saxla­mağın mümkün olmadığı yerlərdə maskalar virusdan qorunmaq üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Bununla yanaşı, maskadan istifadə etməklə, biz dünyadakı digər insanlarla həmrəyliyimizi nümayiş et­diririk. “Təmiz Əllər”, “Evdə qal, sağlam qal” kampaniyalarında olduğu kimi, burada da məqsəd insanlara virusun ötürülmə zəncirini qırmağın hər kəsin məsuliyyəti olduğunu xatırlatmaqdır.

Ümumdünya Səhiyyə Təşkilatı bu həftə çərçivəsində yeni “#MaskaTax” kampaniya­sını başladıb və insanları maskadan istifadə edərək, şəkil və ya videolarını çəkib paylaş­mağa həvəsləndirir.

Təkcə maska istifadə etməklə COVID- 19-a yoluxmanın qarşısını almaq mümkün deyil. Bununla yanaşı, fiziki məsafəni qo­rumaq, əlləri tez-tez yumaq, insanların sıx toplaşdığı məkanlarından uzaq durmaq və respirator gigiyenaya riayət etmək tövsiyə olunur. Bu yolla həm özünüzü, həm də digərlərini qoruya bilərsiniz.

9 Avqust 2020 13:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə