Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 285 Bakı şəhəri, 8 avqust 2020-ci il

“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009- cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Na­zirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; 2017, № 2, maddə 289, № 3, maddə 492, № 9, maddə 1735; 2018, № 2, maddə 359; 2019, № 3, maddə 537, № 5, maddə 951; 2020, № 1, maddə 82) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “1. Təhsil ixtisasları qrupu” bölməsinin “060119 Pedaqogika” ixtisasına “- Təhsildə qiymətləndirmə və monitorinq” sətrindən son­ra “- Təlim və tədrisin təşkili və metodikası” sətri əlavə edilsin.

2. “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq” ixtisa­sına “- Turizm hüququ” sətrindən sonra “- Beynəlxalq iqtisadi hüquq” sətri əlavə edilsin.

3. “3. Mədəniyyət və incəsənət ixtisas­ları qrupu” bölməsinin “060308 Xoreoqra­fiya sənəti” ixtisasına “- Rəqs sənəti üzrə müəllim-tədqiqatçı” sətrindən sonra “- Xo­reoqrafiya sənəti (sahələr üzrə)” sətri əlavə edilsin.

4. “5. Təbiət ixtisasları qrupu” bölməsinin “060509 Kompüter elmləri” ixtisasına “- Rəqəmsal hökumət” sətrindən sonra “- Verilənlərin təhlili (Data analitikası)” və “- Mo­bil tətbiqlərin hazırlanması və oyun dizaynı” sətirləri əlavə edilsin.

5. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası­na “- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili” sətrindən sonra “- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” sətri əlavə edilsin.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə