Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 284 Bakı şəhəri, 7 avqust 2020-ci il

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasının Müdafiə Sənayesi Nazirliyi haq­qında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2007, № 6, maddə 695; 2008, № 11, maddə 1037; 2011, № 2, maddə 158; 2016, № 7, maddə 1345, № 10, maddə 1744) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavinləri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agent­liyinin baş direktoru

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direk­toru”.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə