Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarşımızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salınmasıdır

Sərt karantin rejiminin yumşaldılması istiqamətində addımlar tədricən atılır. Tədricən aparılan yumşaldılmalar bir sıra xarici ölkələrin də təcrübəsinə uyğundur. Bu fikri Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov opera­tiv qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

“Lakin bu yumşalma ilə bağlı addım­lar atıldıqca yoluxma riskləri daha da artır. Digər ölkələrin təcrübəsi də göstərir ki, açılmalardan sonra yoluxma halları yenidən artır və yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilir”, – deyə Prezidentin köməkçisi bildirib.

Azərbaycanda da sərt karantin reji­minin yumşaldılması ilə bağlı tədricən addımların atılacağını söyləyən Şahmar Mövsümov təəssüflə qeyd edib ki, bu yumşaldılmalar ölkəmizdə də yoluxma hallarının yenidən artacağı ehtimalını artı­rır. “Qarşımızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salın­masıdır. Burada da üç əsas istiqamət var. Birincisi, tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yəni, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etmək. Bu ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək virusun yayılma sürətini aşağı sala­cağıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin həyata keçirilməsidir. Bu, məsələdə əsas yük hökumətin üzərinə dü­şür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən müəyyən edilməsi və yoluxanların erkən təcrid olunmasıdır”,– deyə Şahmar Mövsümov vurğulayıb.

Növbəti mərhələlərdə ölkədaxili gediş-gəlişin bərpası məsələsi müzakirə ediləcək

Şahmar Mövsümov, həmçinin qeyd edib ki, növbəti həftədə, təxminən avqust ayının 17-si ərəfəsində kafe və restoran­ların açıq hissələrində fəaliyyətin bərpa olunması müzakirə edilir. Həmçinin, növbəti mərhələlərdə ölkədaxili gediş-gəlişin bərpası müzakirə edilən məsələlər siyahısındadır.

Prezidentin köməkçisi vurğulayıb ki, atılacaq addımların əsas şərti sanitar epidemioloji vəziyyətdir. Əgər yoluxma hallarının sayı azalan templə getsə, o zaman, nəzərdə tutulan yumşaldılmala­ra gediləcək. Lakin bu azalma tempini qorumaq mümkün olmasa, o zaman, bu yumşaldılma ilə bağlı qərarlar təxirə salınacaq.

Hələ ki, heç bir ölkə virusa qalib gəlməyib

Prezidentin köməkçisi fikrini davam etdirərək deyib: – Əgər virusun yayıl­ma sürətini aşağı salsaq yumşaldılmış karantin rejimi mümkün qədər uzun olacaq. Bu da, əlbəttə ki, ilk növbədə, hər birimizdən asılıdır. Çünki, ilk növbədə, qaydalara əməl etsək, tibbi maska taxsaq, sosial məsafə saxlasaq vi­rusun yayılma sürətini aşağı sala bilərik. Əgər bu olmasa, biz bu qaydalara riayət etməsək, yenidən alovlanma başlasa, yoluxma sayı artsa, təbii ki, məcbur olaraq yenidən sərtləşdirilmiş rejimə gedəcəyik.

“Bu gün dünyada elə bir ölkə yox­dur ki, orada virusla mübarizə davam etməsin. Azərbaycan da daxil olmaq­la, hələ ki, heç bir ölkə virusa qalib gəlməyib. Yəni, virus bizim aramızda­dır. Biz sərtləşdirilmiş karantin rejimi və insanların məsuliyyətli davranışı nəticəsində yoluxma sayını aşağı sala bilmişik. Əlbəttə ki, bu karantin rejimi hər birimiz üçün əziyyətlidir. Hər bir vətəndaşımız, hökumətimiz, sahibkarla­rımız bundan əziyyət çəkir, lakin buna məcburuq. Birlikdə çalışıb əldə etdiyimiz nəticələri qorumalıyıq”, – deyə Şahmar Mövsümov fikrini yekunlaşdırıb.

Prezidentinin köməkçisi Şahmar Mövsümov brifinqdə onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasına reyslər tədricən açıldı və bu reyslərin artırılması ilə bağlı müzakirələr gedir.

“Xalq qəzeti”

9 Avqust 2020 13:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə