Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhlükə sovuşmayıb, ehtiyatlı olmalıyıq

“Karantin rejimi yumşalsa da ictimai nəqliyyatdakı sıxlıq və çimərliklərdə davranış qaydalarının müəyyənləşməməsi pandemiya təhlükəsinin hələ də ciddi olaraq qaldığından xəbər verir”. Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın son qərarına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib O, həmçinin bildirib:

“Təhlükələrdən ən başlıcası ictimai nəqliyyatda baş alıb gedən sıxlıqla və çimərliklərdəki vəziyyətlə bağlıdır. Bu sahə ilə məşğul olan müstəqil həkimlər qrupu virus təhlükəsinin karantin rejiminin yumşalması fonunda zəiflədilməsi üçün müəyyən təkliflər verib. 

Bildirib ki, bu istiqamətdə ciddi təlimatlar olmalıdır. Müəyyən narahatlıqlar qalmaqdadır ki, bu narahatlıq da yumşalma fonunda virusa yoluxma dalğasının yenidən güclənməyəcəyilə bağlı mütəxəssislərə tam təsəvvür yaratmağa imkan vermir. Professor, həmçinin deyib:

“İctimai nəqliyyatda mövcud karantin qaydalarına əməl olunmur, məsafə qətiyyən gözlənilmir, sıxlıq var. Bunun özü də yoluxma təhlükəsinin artma ehtimalını artırır. Odur ki, ictimai nəqliyyatın hərəkəti qaydalara uyğun olaraq qurularsa, karantin rejiminin yumşaldılmasından sonrakı ciddi çətinliklərdən yan keçə bilərik. Əks halda təhlükə öz gücünü göstərəcək”.

 

Hazırladı: Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

9 Avqust 2020 20:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə