Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsimi”nin doğum günü….

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Facebook səhifəsindəki paylaşımında  xalqın “Nəsimi” filmi ilə ilə tanıdığı və sevdiyi aktyor Rasim Balayevin doğum gününü təbrik edib. Deputat yazıb:

“Bugün Azərbaycanın Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli Xalq artisti, Prezident təqaüdçüsü Rasim Balayevin doğum günüdür.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda doğulub.1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilməklə böyük sənət yolunda ilk addımını atıb. “Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərində oynadığı rollarda tamaşaçıların sevgisini qazanıb.

"AzərbaycanFilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışan Rasim Balayev, ona şöhrət gətirən böyük və çətin rollardan başqa, kiçik rollarda da öz istedadı ilə seçilib. – "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdəki epizodik rolları yada salsaq, sənətkarın hər rolda öz sənətkarlıq keyfiyyətləri ilə seçilə bildiyini təsdiq etmiş olarıq.

O, həmçinin "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.

Rasim Balayevin yaratdığı çoxsaylı obrazlar, oynadığı rollar sənətkar siqləti, “ustad dərsi” gücündə olması, digər məziyyətləri ilə bir məktəb təşkil edir, desək yanlış olmzdı. Onun çoxsaylı və unudulmaz rolları kino tariximizin xüsusi səhifəsini təşkil edir.

Görkəmli aktyor Rasim Əhməd oğlu Balayev təbəddülatlı və məsuliyyətli illərdə - SSRİnin süqut etdiyi, müstəqilliyin çətin ilk illərində və sonrakı bir neçə il ərzində (1990-2013) Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

Görkəmli sənətkarın xidmətləri – istər sovet, istərsə, müstəqilik illərində – həmişə yüksək təltiflərlə qiymətləndirilib:

"Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adı (23.12.1976), "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adı (01.12.1982), “Azərbaycan Respublikasının Dövlət mükafatı” laureatı (1986), "Şöhrət" ordeni (07.08.1998), "Şərəf" ordeni (01.08.2018),

“Cəfər Cabbarlı” mükafatı (28.10.2019).

Rasim Balayev sənət aləmində “yaşayan əfsanə” adının yaraşdırıldığı sənətkarlardandır.

Hörmətli sənətkara möhkəm can sağlığı, yeni sənət uğurları arzulayır, doğum gününü təbrik edirik!”

 

Təqdim etdi:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

9 Avqust 2020 19:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə