Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzda tütünqurutma müəssisəsi işə düşmüşdür

Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə tütünçülüyün inkişaf etdirilməsi də qarşıda duran əsas işlərdən biridir. Bu baxımdan “Azərbaycan Respublikasın­da tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” böyük əhəmiyyət kəsb edir. Məhz həmin proqram çərçivəsində “Tovuz Aqro Sənaye” MMC-də yaradılmış tütün­qurutma müəssisəsi artıq öz fəaliyyətinə başlamışdır.

Əvvəllər rayonda istehsal olunan yaş tütün yarpaqları uzaq rayonlarda olan tütün qəbulu məntəqələrinə təhvil verilirdi ki, bu da iqtisadi cəhətdən səmərəli deyildi. Rayonda belə bir müəssisənin yaradılması ilə həmin problemin həlli və bölgədə tütünçülüyün inkişafı üçün geniş imkanlar yaranmışdır.

Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov bu günlərdə müəssisədə işlərin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, bu il rayonda fermerlər və digər isteh­salçılar 50 hektar sahədə tütün əkiblər. Artıq bir neçə gündür ki, tütün yarpağı yığımına başlanmışdır. Qısa müddət ərzində 100 tona yaxın yaşıl tütün yarpağı sahələrdən dərilərək birba­şa tütünqurutma məntəqəsinə təhvil verilmişdir. Müəssisədən fermentasiya fabrikinə kipləşdirilmiş halda göndərilən quru yarımfabrikat istehsalı tamamilə müasir texnologiyalar əsasında həyata keçirilir. Bu iş Serbiya Respublikasından alınıb gətirilmiş 10 ədəd termopilin avadanlığı vasitəsilə həyata keçirilir. Hazırda müəssisədə 30 nəfər daimi işlə təmin olunmuşdur.

Rayon rəhbəri kollektiv üzvləri ilə görüşü zamanı bildirmiş­dir ki, tütünçülüyün inkişafı üçün sahibkarlara dövlət tərəfindən daim lazımi diqqət və qayğı göstərilir və gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

9 Avqust 2020 13:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə