Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirusa yoluxma sayının bölgələrdə statistikası açıqlanıb

“Medicina”nın verdiyi xəbərə görə, hələ də liderlik Bakıdadır. Lakin son günlər paytaxta düşən pay artaraq 56,3 faiz olub. Ötən aylarda bu rəqəm 49-51 faiz arası dəyişirdi.

İkinci ən çox yoluxma 16 faizlə Abşeron bölgəsindədir. Daha sonra Aran 9.4, Gəncə-Qazax 6.7, Lənkəran 4.5, Quba-Xaçmaz 1.9, Dağlıq Şirvan 1.7, Şəki-Zaqatala 1.5, Yuxarı Qarabağ 1 faizdir.

Ölkə xaricindən gələnlərdə virusa yoluxma 0,8 faizdir. Ölkənin Naxçıvan Muxtar Respublikasında isə aktiv koronavirus xəstəsi yoxdur. Burda göstərici 0 faizdir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

9 Avqust 2020 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə