Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Payızda koronavirus olmayacaq

Professor Adil Qeybulla COVID –19-a yoluxanların bəzilərinin bu xəstəliyi yüngül, digərlərinin isə çox ağır keçirməsi səbəblərindən danışıb. O deyib ki, bu, yoluxma zamanı bədənə daxil olan virusun titrindən asılıdır. Virusun titri nə qədər yüksəkdirsə, xəstəlik də bir o qədər ağır keçir.     

-Yeri gəlmişkən, bu həkimlərdə və tibb mütəxəssislərində xəstəliyin daha ağır gedişatını izah edir. Buna görə də karantin qaydalarına əməl edənlər üçün xəstəlikdən qorunmaq daha asandır. xəstəliyə dözmək daha asandır. Uşaqlar, gənclər, bəzən də böyüklərdə xəstəlik simptomsuz keçir. Bəzi xəstələrdə xüsusilə güclü iltihabi proseslərə səbəb olan immun, (sitokin) fırtınası baş verir, bu zaman immun hüceyrələri sağlam toxumalara hücum etməyə başlayır və bu xəstənin ölümünə səbəb olur. Buna görə əksər xəstələrdə, xüsusilə də idmançılarda ağırlaşmalar baş verir.

Koronavirus testlərinin nəticələri aldadıcı ola bilər. Bəzən xəstəlik təsdiqləndikdən sonra belə, test mənfi nəticə göstərir. Buna görə də testləri ayrıca element kimi deyil, diğər müayinə amilləri ilə birlikdə nəzərdən keçirilməlidir.

Təbii ki, payızda kəskin respirator xəstəliklər daha çox olur. Üst tənəffüs yollarında müxtəlif viruslar parazitləir - adenoviruslar, rinoviruslar, paroviruslar və s. Soyuqdəymə və koronavirus da hər il kəskin mövsümi respirator xəstəliklərə səbəb olur. Payızda, bu xəstəliklər baş qaldıranda, SARS-CoV-2 koronavirusu yavaş-yavaş sönəcək. Ölkədə kollektiv immunitet yaratma prosesinin getməsi də buna zəmin yaradır.

Xəstəliyin ikinci dalğasına gəldikdə, bəzi ölkələrdə bu proses artıq başlayıb . Xəstəliyin yayılma piki isə payızın əvvəlinədək davam edəcək. Azərbaycanda infeksiyanın yayılmasının fərqli - spesifik mənzərəsi müşahidə olunur. Bizdə karantin rejiminin yumşaldılmasından sonra aktiv surətdə kollektiv immunitetin yaradılması prosesi gedir. Hazırda ölkədə əhalinin 60% -i yoluxub və bu proses davam edir. kollektiv immunitetin aşağı həddi xəstələrin 70% -ni təşkil edir və biz bu yoldayıq.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

9 Avqust 2020 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə