Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karantin mədəniyyətinə əməl etməli, səbrli olmalıyıq

Alimlər bildirirlər ki, peyvəndləmə fəal immunlaşdırılma formasıdır. Bu xəstəliklərin qarşısının alınmasında effektiv tədbirdir. Misal üçün, peyvəndləmə yolu ilə karantin infeksiyasının ən təhlükəli formalarından biri – təbii suçiçəyi xəstəliyi dəf edilib. Peyvəndləmə qızılca, göy öskürək, qara qızdırma, difteriya, vərəm və s. kimi bir çox yoluxucu xəstəliklərin yayılmasının qarşısını alır.

Qrip epidemiyası ilə dəfələrlə müqayisə edilən SARS-CoV-2 əleyhinə peyvənddən danışarkən qeyd edirlər ki, bu günə qədər qrip əleyhinə effektiv peyvəndin tapılmamasının səbəbi H1N1 virusunun hər il özünü fərqli şəkildə biruzə verməsi, fenotipik dəyişikliklərə, mutasiyalara məruz qalmasıdır.

Buna görə də səbirli olmalıyıq və karantin normalarına ciddi şəkildə riayət etməliyik, sosial məsafəni qorumalıyıq, tibbi maska taxmalıyıq və mentalitetimizə xas vərdişlərdən əl çəkməliyik. Kiminləsə rastlaşanda əl tutub görüşməkdən, qucaqlaşmaqdan, öpüşməkdən çəkinməliyik.

Peyvəndləmə təhlükəsiz deyil. Peyvənd icad olunsa belə, onun insan orqanizminə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Qısa müddət ərzində peyvəndin təhlükəsizliyini və effektivliyini yoxlamaq mümükün deyil. Bunları araşdırıb öyrənmədən isə kütləvi peyvəndləmə aparmaq olmaz: dəfələrlə tələsik peyvəndləmənin faciələrlə sonuclanması müşahidə olunub.

Ola bilər ki, sözügedən peyvəndin yaradılması və sınaqdan keçirilməsinə qədər koronavirus mutasiyaya uğrayıb özü tədricən yox olsun. Bu baxımdan, karantin mədəniyyətinə əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq və əlləri tez-tez yuyub təmizləmək infeksiyanın qarşısını almağın ən effektiv və asan yoludur.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

9 Avqust 2020 09:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə