Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşsizlikdən sığorta ödənişi alanların sayı artacaq

Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında özünüməşğulluq proqramının da genişləndirildiyini vurğulayıb.
Nazir qeyd edib ki, bu il proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması işləri aparılır və müvafiq qərara əsasən bu il proqrama
cəlb olunanların təlimə cəlb edilmədən aktivlərlə təminatı həyata keçiriləcək. Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb edilib.

İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsinin genişlənəcəyini deyən nazir bildirib ki, həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Avqust 2020 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə